“Tottenhem” Premyer Liqada Angelos Postekoqlunun rəhbərliyi altında ən pis nəticəsini təkrarlayıb.


Rekord.az xəbər verir ki, bu, ölkə çempionatının 34-cü turunda “Liverpul”la oyundan sonra reallaşıb.


London klubu cari mövsüm İngiltərə çempionatında 19-cu məğlubiyyətini alıb. Komanda 1993/1994 mövsümündə də 19 oyunda uduzmuşdu.


“Tottenhem” hazırda 37 xalla 16-cı pillədə qərarlaşıb. “Liverpul” isə ölkə çempionluğunu rəsmiləşdirib.