“Tottenhem” evdə uduzdu, “Valensiya” darmadağın oldu
- 20 Fev 2020 02:00
- 672
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha iki oyun baş tutub.
“Tottenhem” “Leyptsiq”i, “Atalanta” isə “Valensiya”nı qəbul edib.
London klubu doğma meydanda almanlara minimal hesabla məğlub olub. “Atalanta” isə ispanları ilk oyunda darmadağınla məğlub edib.
1/8 finalın digər oyunları 25-26 fevralda keçiriləcək. İlk oyun günündə “Atletiko” “Liverpul”u (1:0), “Borussiya” isə PSJ-ni (2:1) məğlub etmişdi.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
19 fevral
Tottenhem (İngiltərə) – Leyptsiq (Almaniya) 0:1
Qol: Verner, 58-pen.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Atalanta (İtaliya) – Valensiya (İspaniya) 4:1
Qol: Hatebor, 16; 63. İliçiç, 42. Froyler, 57 – Çerışev, 66.
Baş hakim: Maykl Oliver (İngiltərə)