“Tottenhem” futbolçusunu icarəyə verdi
- 23 İyl 2024 17:15
- 188
"Tottenhem" futbolçusu Pyer-Emil Hoyberqi icarəyə verib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Danimarka millisinin 28 yaşlı yarımmüdafiəçisi karyerasını Marsel “Olimpik”ində davam etdirəcək. Onun müqaviləsində birdəfəlik transfer variantı da var.
Hoyberq AÇ-2024-də Danimarka millisinin heyətində 4 oyun keçirib və turnirin 1/8 finalına yüksəlib. O, 2020-ci ildən "Tottenhem"in futbolçusudur. Ötən mövsüm yarımmüdafiəçi "Tottenhem"in heyətində bütün turnirlərdə 39 oyuna çıxıb.