"Tottenhem" - "Leyptsiq" matçı Çakıra tapşırıldı
- 18 Fev 2020 15:20
- 663
Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək “Atalanta” – “Valensiya” və “Tottenhem” – “Leyptsiq” matçına hakim təyinatları açıqlanıb.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İtaliyada keçiriləcək “Atalanta” – “Valensiya” matçını İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Maykl Oliver olacaq. Ona Suart Brut və Simon Bennett kömək edəcək. Dördüncü hakim funksiyasını Martin Atkinson yerinə yetirəcək.
“Tottenhem” – “Leyptsiq” matçı isə türkiyəli hakimlərə tapşırılıb. Görüşü Cüneyt Çakır idarə edəcək. Ona Bahattin Duran və Tarik Ongün kömək edəcək. Dördüncü hakim funksiyasını Halil Umut Meler yerinə yetirəcək.
Qeyd edək ki, hər iki görüş fevralın 19-dan 20-nə keçən gecə, saat 00:00-da start götürəcək.