İngiltərənin “Tottenhem” klubu futbolçusu Denni Rouzu icarəyə verib.

Rekord.az xəbər verir ki, 29 yaşlı müdafiəçi mövsümün ikinci dövrəsini “Nyukasl”da keçirəcək.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İngilis futbolçu mövsümün sonuna qədər “Nyukasl”ın şərəfini qoruyacaq. Rouz, yeni komandasında 28 nömrəli forma ilə mübarizə aparacaq.

“Tottenhem”in yetirməsi olan Rouz, bu mövsüm Premyer Liqada 12 oyunda iştirak edib. Müdafiəçi İngiltərə millisinə də dəvət alır.