"Tottenhem" "Slaviya"nın qapıçısı Antonin Kinskinin transferini rəsmən açıqlayıb.


Rekord.az xəbər verir ki, London təmsilçisi 21 yaşlı qolkiper üçün Çexiya klubuna 16 milyon avro təzminat ödəyib.


Çexiyalı qapıçı yeni klubu ilə 2031-ci ilin yayına kimi müqavilə imzalayıb.


“Slaviya" Antonín Kinskini 2021-ci ilin yayında "Dukla"dan transfer etmişdi. O, bu mövsüm Praqa təmsilçisinin heyətində 29 rəsmi matçda iştiral edib və 14 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.