İngiltərənin “Tottenhem” klubunun sabiq futbolçusu Cimmi Qraves xəstəxanaya yerləşdirilib.

Rekord.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

“Tottenhem” Premyer Liqanın sabiq bombardirinin xəstəxanaya yerləşdirilməsinin səbəbini açıqlamayıb. İngiltərə mətbuatı Cimminin vəziyyətinin koronavirusla əlaqəli olmadığını bildirir.

1961-1970-ci illəri “Tottenhem”də keçirən 80 yaşlı sabiq hücumçu, London klubunun heyətində ən çox qol vuran futbolçudur – 266. Bundan başqa o, 357 qolla Premyer Liqanın da bombardiridir.