İtaliyanın “İnter” klubu uzun müddətdi heyətinə qatmağa çalışdığı “Tottenhem”in futbolçusu Kristian Eriksen transferini nəhayət ki, rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayb.

27 yaşlı danimarkalı yarımmüdafiəçi yeni klubu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalayıb. “Tottenhem” bu transferdən 17 milyon funt-sterlinq qazanıb. 

Danimarka millisinin üzvü 2013-cü ildən İngiltərə klubunda forma geyinirdi. O, bu komandanın heyətində 305 oyuna çıxıb, 69 qol, 89 məhsuldar ötürmə müəllifi olub. Eriksenin London təmsilçisi ilə müqaviləsinin müddəti mövsümün sonunda bitəcəkdi.

“İnter” bu qış “Fənərbaxça”dan ayrılan Viktor Mozes və “Mançester Yunayted”dən Eşli Yanqı da heyətinə qatmışdı.