“Tottenhem”in qapıçısı ili erkən başa vurdu
- 08 Okt 2019 10:30
- 772
İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində “Brayton”a 0:3 hesabı ilə məğlub olan “Tottenhem”in ciddi itki ilə üzləşdiyini xəbər vermişdik.
Rekord.az xəbər verir ki, London klubunun qapıçısı Uqo Lyorisin həmin görüşdə qolu çıxmışdı. Oyunun 9-cu dəqiqəsində zədələnən futbolçu, meydanı erkən tərk etmişdi.
Artıq fransalı qolkiper ətraflı həkim müayinəsindən keçib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 33 yaşlı futbolçu əməliyyat olunmayacaq. Amma o, ən azı 3 aydan sonra məşqlərə başlaya biləcək.
Artıq bu il “Tottenhem”ə kömək edə bilməyəcəyi dəqiqləşən Lyoris, Fransa yığmasının AÇ-2020-nin seçmə mərhələsi çərçivəsindəki qalan dörd oyununda da forma geyinməyəcək.