“Tottenhem”in stadionu koronavirusla mübarizə mərkəzinə çevrildi
- 15 Apr 2020 21:02
- 525
İngiltərənin “Tottenhem” klubunun ev oyunlarını keçirdiyi stadion koronavirusla mübarizə mərkəzinə çevrilib.
Rekord.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, “Tottenhem Hotspur” arenasında koronavirus testlərinin həyata keçirilməsinə başlanılıb. Yerli xəstəxanalardan birində yer çatışmazlığı olduğu üçün, “Tottenhem”in stadionundan istifadə etmək məcburiyyətində qalıblar.
London klubu stadionunun qapılarını koronavirusla mübarizə üçün açan ilk Premyer Liqa təmsilçisi olub. Arenada gündəlik azı 70 koronavirus testinin həyata keçiriləcəyi bildirilib.