İngiltərənin “Tottenhem” klubunun zədədən əziyyət çəkən qapıçısı Hüqo Lyoris sıraya dönüb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Son olaraq Premyer Liqanın 27-ci turunda “Çelsi” ilə oyunda forma geyinən Lyoris, qasıq nahiyəsindəki zədədən əziyyət çəkirdi. O, bu müddət ərzində “Vulverhempton”la (2:3) çempionat və “Norviç”lə (1:2) kubok oyunlarını buraxmaq məcburiyyətində qalıb.