Tovuz rayonu Heydər Əliyev meydanında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Tovuz Rayon İcra hakimiyyətinin başçısı Məmməd Məmmədov, Millət vəkili Arzu Nağıyev, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri, müharibə veteranları və qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə milli adət -ənənələrimizi və milli mətbəximizi özündə əks etdirən eksponatlar,sərgilər,əl işləri, guşələr böyük maraqla izlənilib.Tədbirdə idmançıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb.Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında bayram konserti ilə davam etdirilib.