Tovuz Olimpiya İdman Kompleksində boks idman növü üzrə yeniyetmə idmançıların nümunəvi çıxışları keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev idmançılar qarşısında çıxış edərək yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırılması, sağlam həyat tərzinin təbliğ olunması, rayonda boks idman növünün inkişafının vacibliyini vurğulayıbdır.

Daha sonra tədbir məşqçi müəllim Əsgər Əsgərovun təlimatları əsasında davam edibdir.