Tovuz Olimpiya İdman Kompleksində "İdman hamı üçün" layihəsi çərçivəsində “Cüdo hamı üçün” idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax -Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Anar Fəttahov çıxış edərək idmançılara "İdman hamı üçün" layihəsi haqqında ətraflı məlumat veribdir.

Dövlət başçımız, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmançılara göstərilən yüksək səviyyədə diqqət və dövlət qayğısından bəhs edib.Gənclər və İdman Nazirliyi tərəfindən başladılan bu layihənin idmançıların inkişafında stimul olduğunu vurğulayıb.

Daha sonra məşqçi-müəllim Emin Mustafayevin təlimatları əsasında məşq davam etmişdir.