Tovuzda "Sağlam bədəndə sağlam ruh" devizi altında yarış
- 07 Apr 2023 10:00
- 324
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq 06 aprel 2023- cü il tarixində Tovuz Olimpiya İdman Kompleksində "Sağlam bədəndə sağlam ruh" devizi altında kros qaçışı və gimnastika idman növləri üzrə yarışlar keçirilmişdir.
Rekord.az xəbər verir ki, tədbirin açılış mərasimində Tovuz rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov və Daxili işlər nazirliyinin İdman cəmiyyətinin əməkdaşı polis polkovnik-leytenantı Zaur Məcidov çıxış edərək, iştirakçıları salamlamış və yarışın məqsədinin bədən tərbiyəsi və idmanın təbliği , kütləviliyə nail olmaq, gənclərin idmanın müxtəlif növlərinə marağını artırmaqdan ibarət olduğunu bildirmişlər.
Yarışda 140 nəfər idmançı mübarizə aparmış və qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunmuşlar.