
Tovuzda “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib
- 08 Apr 2025 15:22
- 120
Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbin idman meydançasında Tovuz rayonu üzrə gənclər və idman sektoru, Tovuz rayonu üzrə Təhsil sektoru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon bölməsi və Fövqəladə Hallar Nazirlyiinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarışda Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Tovuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev, yarışın baş hakimi Ehtibar Bağırov çıxış edərək bildiriblər ki, “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, gənclərin ordu sıralarında xidmətə hazırlanması, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi və ”Şanlı Zəfər” tarixini təbliğ etməkdən ibarətdir. “Şahin” hərbi-idman oyununun rayon birinciliyində 8 komanda mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən rayon birinciliyinin nəticəsinə əsasən I yerə Tovuz rayon Hunanlar kənd H.Cəfərov adına tam orta məktəbin komandası,II yerə Tovuz rayon Yuxarı Öysüzlü kənd M.Məmmədov adına tam orta məktəbin komandası, III yerə isə Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbin komandası layiq görülüblər. Yarışda qalib komandalar və komanda üzvləri Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif ediliblər. Qalib komanda yarışların zona mərhələsinə vəsiqə qazanıb.