Tovuzda “Voleybol hamı üçün” devizi altında idman tədbiri keçirilib
- 12 Yan 2024 11:45
- 264
Tovuz Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş “İdman hamı üçün” layihəsi çərçivəsində “Voleybol hamı üçün” devizi altında idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev və Tovuz Regional Voleybol Klubunun direktoru Hüseyn Əhmədov çıxış edərək layihə haqqında iştirakçılara məlumat veriblər və respublikamızda, o cümlədən rayonda bu idman növündə yaradılan lazımı şəraitindən bəhs ediblər.
Daha sonra idman tədbiri klubun məşqçisi Elnur İbrahimovun təlimatları əsasında davam edibdir.