Tovuz Olimpiya İdman Kompleksində "İdman hamı üçün" layihəsi çərçivəsində “Voleybol hamı üçün” idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax – Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev çıxış edərək idmançılara "İdman hamı üçün" layihəsi barədə ətraflı məlumat verib, belə layihələrin həyata keçirilməsinin müvafiq idman növlərinin təbliğatında böyük rol oynadığını qeyd edib.

Daha sonra məşqçi-müəllim Sadıq Hümmətovun təlimatları əsasında məşq keçirilib.