“Trabzonspor” baş məşqçisi ilə vidalaşdı
- 30 Dek 2019 11:30
- 958
Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Ünal Karamanı istefaya göndərib.
Rekord.az xəbər verir ki, bu barədə “NTV Spor” məlumat yayıb.
Klub prezidenti Ahmet Ağaoğlu ilə baş məşqçi arasında baş tutan görüşdən sonra tərəflər ayrılmağa qərar veriblər.
Ünal Karaman mövsümün əvvəlindən Trabzon təmsilçisini çalışdırırdı. Sözügedən komanda onun rəhbərliyi altında 71 oyuna çıxıb, 36 qələbə qazanıb, 18 heç-heçə və 17 məğlubiyyətlə yadda qalıb.
“Trabzonspor” hazırda Super Liqada 32 xalla turnir cədvəlində 3-cüdü və lider “Sivasspor”dan 5 xal geri qalır.