
“Trabzonspor” baş məşqçisini dəyişdi
- 11 Mar 2025 12:00
- 86
“Trabzonspor”da baş məşqçi dəyişikliyi gerçəkləşib.
Rekord.az xəbər verir ki, Türkiyə klubu Şenol Günəşi istefaya göndərib.
Buna komandanın uğursuz nəticələri səbəb olub. 72 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi diqqətə çatdırılıb.
Artıq komandanın yeni baş məşqçisi də məlumdur. Komandaya bundan sonra 47 yaşlı mütəxəssis Fatih Tekke rəhbərlik edəcək. Amma onunla müqavilənin müddəti və digər detalları açıqlanmır.
Trabzon təmsilçisi hazırda Super Liqada 32 xalla 11-cidir.