
“Trabzonspor”a yeni prezident seçildi
- 27 Mar 2023 11:30
- 331
Türkiyənin “Trabzonspor” klubunun prezidenti postuna seçkilər keçirilib.
Rekord.az xəbər verir ki, bu vəzifəyə seçkilərdə yeganə namizəd olan Ertuğrul Doğan seçilib.
O, Trabzon təmsilçisinin 18-ci prezidenti olub. Ertuğrul Doğan bu postda bir müddət öncə istefa vermiş Ahmet Ağaoğlunu əvəzləyib. O, 20 ay müddətinə Trabzon klubuna rəhbərlik edəcək.