Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Ünal Karamanı istefaya göndərdiyini rəsmən açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə Qaradəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında vidalaşıblar. Klub rəhbərliyi baş məşqçinin bundan sonra almalı olduğu 2 milyon 250 min lirəlik məvacibini də ödəyərək, onu yol salıb.

Ünal Karaman mövsümün əvvəlindən Trabzon təmsilçisini çalışdırırdı. Sözügedən komanda onun rəhbərliyi altında 71 oyuna çıxıb, 36 qələbə qazanıb, 18 heç-heçə və 17 məğlubiyyətlə yadda qalıb.

“Trabzonspor” hazırda Super Liqada 32 xalla turnir cədvəlində 3-cüdü və lider “Sivasspor”dan 5 xal geri qalır.