“Trabzonspor”u “Dənizlispor”a dəyişdi
- 16 Yan 2020 11:41
- 778
Türkiyənin “Trabzonspor” klubu futbolçusu Oqenyi Onazi ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Qaradəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçuyla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Artıq yarımmüdafiəçinin yeni klubu da bəllidi. O, Super Liqanın digər təmsilçisi “Dənizlispor”a keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1,5 + 1 illik müqaviləyə imza atıblar.
Nigeriya millisinin də üzvü olan Onazi, 2016-cı ildən “Trabzonspor”da forma geyinirdi. İtaliyanın “Latsio” klubundan transfer olunan yarımmüdafiəçi Trabzon klubunun heyətində 79 oyuna 7 qol vurub.