Futbol üzrə İran çempionatında 16-cı turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Qol Qohar”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 0:0. 

“Traktor” 16 turdan sonra 14 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.