Futbol üzrə Albaniya çempionatında 13-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Kukesi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Eltun da bu görüşün iştirakçısı olub. Futbolçumuz 71-ci dəqiqədə meydana buraxılıb.
 
“Biliş” 13 turdan sonra 20 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.