Futbol üzrə Albaniya çempionatında 15-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Flamurtari” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Eltun bu görüşün iştirakçısı olmayıb. 

“Biliş” 15 turdan sonra 24 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.