
"Turan Tovuz kolumbiyalı futbolçunu heyətinə qatdığını açıqlayıb
- 08 Fev 2025 12:18
- 144
"Turan Tovuz" kolumbiyalı futbolçu Hayderson Hurtadonu heyətinə qatıb.
Sports.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, peşəkar karyerasına Braziliyada başlayan oyunçu bu ölkənin “Genus”, “İtarare”, “Azuriz”, “Parana”, Slovakiyanın “Sered”, “Skalitsa” klublarının şərəfini qoruyub. O, son olaraq Çexiyada “Yablonets”in formasını geyinib.