Hazırda stadionunda təmir gedən "Turan Tovuz"un müvəqqəti olaraq Bakıda məskunlaşacağı haqda məlumat vermişdik. Əsas məsələ ev oyunlarını keçirmək üçün stadionun tapılması idi ki, artıq buna da ehtiyac qalmayıb.

 

Rekord.az xəbər verir ki, Tovuz təmsilçisinin rəhbərliyi PFL prezidenti Ramin Musayevlə görüşərək ilin sonuna kimi komandanın bütün oyunlarını səfərdə keçirməsinə dair razılıq alıb.

 

Yəni "Turan Tovuz" qışa kimi bütün oyunlarını səfərdə keçirəcək. İkinci dövrədə isə bütün rəqiblərini Tovuzda qəbul edəcək.