
“Turan Tovuz” - “Şamaxı” oyununun biletləri satışda!
- 15:40
- 50
Misli Premyer Liqasının 32-ci turunun “Turan Tovuz” - “Şamaxı” oyununun biletləri satışa çıxarılıb.
Rekord.az Tovuz klubunun mətbuat xdmətinə istinadən xəbər verir ki, biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.
Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 25 aprel tarixində, saat 19:00-da Tovuz şəhər stadionunda baş tutacaq.