
“Turan Tovuz” uduzdu, “Neftçi” qalib gəldi
- 16 Mar 2025 20:25
- 46
Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
Öncə autsayder “Səbail” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Üç qolluq oyunda qonaqlar qalib gəliblər.
Turun qapanış matçında isə “Turan Tovuz” “Sumqayıt”ı qəbul edib. Bu oyunda da qapılara 3 qol vurulub və qonaqların əzmkar qələbəsi qeydə alınıb.
Daha öncə keçirilmiş “Kəpəz” – “Qarabağ” matçında (0:0) qapılara qol vurulmayıb, “Araz-Naxçıvan” – “Şamaxı” və “Sabah” – “Zirə” oyunları isə oxşar hesabla (1:1) yekunlaşıb.
Misli Premyer Liqası
27-ci tur
16 mart
“Səbail” – “Neftçi” 1:2
Qollar: Rüfət Abdullazadə, 43 – Filip Ozobiç, 17. Elvin Camalov, 29.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
“ASCO Arena”, 16:00.
Səbail: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (k), 10. David Qomis, 3. Dmitri Litvin, 4. Marko Nikoliç, 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 74. Yusif Nəbiyev, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 99. İnnosent Nşuti, 7. Madi Keta.
Baş məşqçi: Cavid Hüseynov.
Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 18. Ryonosuke Ohori, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 9. Bassala Sambu, 22. Dembo Darboe, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.
“Turan Tovuz” – “Sumqayıt” 1:2
Qollar: Ayxan Hüseynov, 8 - Ayxan Süleymanlı, 17. Bobur Abduholikov, 68.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 18:30.
Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva (k), 23. Alexandro Serrano, 32. Hayderson Hurtado, 6. Araş Qaderi, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.
Sumqayıt: 36. Xəyal Fərzullayev, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.