“Turan Tovuz” və “Kəpəz”də “üsyan”: futbolçular pullarının kəsilməsinə etiraz edir
- 22 Apr 2020 11:00
- 1188
AFFA-nın I Divizion klublarının maaşını pandemiya səbəbindən 50 faiz kəsməsi haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, federasiyanın bu addımı futbolçuların ciddi narazılığına səbəb olub.
Xüsusilə söhbət "Kəpəz" və "Turan Tovuz"un futbolçularından gedir. Çünki bu kluba elə futbolçular var ki, aylıq maaşı 250-200, hətta 150 manatdır. Redaksiyamıza daxil olan məlumata görə, əgər karantin dövrü bitənə kimi, maaşlar tam ödənməsə, futbolçular hətta məşqləri də boykot edə bilər.