Misli Premyer Liqasının 25-ci turunun “Turan Tovuz” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.


Rekord.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.


2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.


Oyun 4 martda, saat 17:30-da Tovuz şəhər stadionunda keçiriləcək.