I Divizionda lider olan "Turan Tovuz"da son vaxtlar işlər yaxşı getmir. Söhbət maddi plandan gedir. Komanda ölkə kubokundan da məhz maddi duruma görə imtina edib. Elə komananın son turda autsayder "Ağsu"ya məğlubiyyətinin də arxasında maddi problemlər və klubdaxili ab-havanın yaxşı olmaması dayanır.

 

Rekord.az-a daxil olan məlmata görə klub üçün nəzərdə tutulan büdcənin müəyyən hissəsi  akademiyasının tikintisinə sərf olunur.

 

Bu səbəbdə  də futbolçuların maaşlarında yubanmaların oluğu deyilir. Əks halda maddi durumu daha aşağı olan "Ağsu". "Qaradağ Lökbatan" kimi komandalar kubokda iştirak edəcəyi halda lider "Turan Tovuz" niyə bundan imtina etsin ki?