“Turan Tovuz”da narazılıq
- 17 Apr 2020 14:00
- 1030
Xəbər verdiyimiz kimi, AFFA I Divizion klubların maaşlarını 50 faiz kəsib. Federasiya bunu koronavirusla və çempionatın keçirilməməsi ilə əlaqələndirib.
Rekord.az-a daxil olan məlumata görə, bu qərar artıq narazılıqlar yaratmağa başlayıb.
Əldə etiyimiz məlumata görə, “Turan Tovuz”da bir qrup futbolçu bu azalmadan narazılıq edib. Xüsusilə maaşı aşağı olan futbolçular. Onlar etirazlarını dolayı yolla baş məşqçi və rəhbərliyə çatdırıb.
Qeyd edək ki, “Turan Tovuz”da ayda 150-200 manat maaş alan futbolçular var.