“Turan Tovuz”u azarkeşləri ziyana saldı
- 05 Noy 2024 16:45
- 65
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Neftçi” – “Araz-Naxçıvan” oyununun 90+3-cü dəqiqəsində “Araz-Naxçıvan” komandasının 20 nömrəli futbolçusu Turan Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilib.
“Neftçi” – “Araz-Naxçıvan” oyununun 30-cu dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” komandası 800 manat cərimə edilib.
“Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilib.
“Turan Tovuz” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” komandası 800 manat cərimə edilib.
“Turan Tovuz” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən sındırılmış 8 ədəd oturacağa görə stadiona dəymiş zərər “Qarabağ” klubu tərəfindən ödəniləcək.
“Kəpəz” – “Səbail” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilib.