
"Turan Tovuz"un bazası bu mənzərədə olacaq - ÖZƏL FOTO!
- 15:00
- 160
Kürdəxanıda yeni bazasının ilk meydançasının açılışını edən "Turan Tovuz" doğma Tovuzda da baza tikəcək.
Rekord.az xəbər verir ki, həmin baza üçün yer də ayrılıb.
Rayonun girişinə yaxın ərazidə yerləşən yeni bazanın mənzərəsi göz oxşayır. Yaşıllıq, diqqət çəkən təbiət mənzərəsi və bu mənzərənin ortasında yerləşən göl. "Turan Tovuz" rəhbərliyi bu ərazidə həm təbii, həm də süni örtüklü meydança, bir inzibati bina da tikməyi planlaşdırır.