
“Turan Tovuz”un əvəzedicilərindən inamlı qələbə
- 26 Apr 2025 19:00
- 52
Əvəzedicilər Liqasında 32-ci tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
“Turan Tovuz-2” evdə “Şamaxı-2” ilə qarşılaşıb. Məhsuldar keçən oyunda meydan sahibləri qələbə qazanıblar.
Əvəzedicilər Liqası
32-ci tur
26 aprel
“Turan Tovuz-2” – “Şamaxı-2” 5:3
Qollar: Cəmil Məmmədov, 14; 44. Nicat Quliyev, 58. Fərid Cəfərov, 59-pen; 69 - Nicat Xasıyev, 12; 39. Rəşid Rəşidli, 78.