"Turan Tovuz"un baş meneceri İman Həsənovun durumu yaxşılaşır.

Rekord.az xəbər verir ki, insult keçirən Həsənovun yaddaşı tədricən düzəlib, hətta telefondan da istifadə etməyə başlayıb.

Lakin nitqi hələ tam düzəlməyib ki, həkim də bunun üçün 4-5 ay lazım olduğunu deyib. O ki qaldı, baş menecerin işinin başına dönməsinə, yəqin ki, bu, növbəti mövsüm üçün mümkün ola biləcək.