Yeni mövsümdən Premyer Liqaya qayıdacaq "Turan Tovuz" transfer bazarının ən aktivlərindəndir.

Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi kifayət qədər yerli futbolçu ilə anlaşıb və əcnəbilərin transferi üzərində iş aparılır.

Bu arada, komandanın kapitanının da kim olacağı böyük ölçüdə məlum olub. Əldə etdiyimiz məlumata görə, baş məşqçi Ayxan Abbasov kapitanlıq sarğısınə əslən tovuzlu olan təcrübəli qapıçı Kamal Bayramova verib.