"Turan Tovuz"un "Turan"a dönüşü niyə yubanır?
- 12:00
- 33
"Turan Tovuz"un yenidən tarixi adı "Turan"a dönüşü yolunda fəaliyyətə başlaması haqda məlumatlısınız.
Rekord.az hazırda bu prosesin hansı mərhələdə olduğunu öyrənmək üçün Tovuz klubunun İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyevlə əlaqə saxladıq.
Klub rəsmisi son durum haqda bunları dedi: "Bununla bağlı proses gedir və düşünürəm ki, hələ bir il də gedəcək. Biz çox istəyirik ki, gələn mövsümə kimi bu prosesi bitirək. Amma baxıram ki, bu gedişlə çətin olacaq. Çünki biz bilmirik, klubun hansı futbolçulara borcu var, nə qədər borcu var, bütün bunları dəqiqləşdirmək çətun və vaxt aparan prosesdi".