Türk əsilli futbolçu Almaniya millisindəki karyerasını başa vurdu
- 19 Avq 2024 22:30
- 146
"Barselona"nın türk əsilli futbolçusu İlkay Gündoğan Almaniya millisindəki karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında bildirib.
33 yaşlı yarımmüdafiəçi ilk dəfə 2011-ci ildə Bundestimin heyətində debüt edib. 13 il ərzində 82 oyuna çıxan Gündoğan bu matçlarda 19 dəfə rəqib qapılarına yol tapıb.