Türkiyənin “Kahramanmaraş İstiklal Spor” komandasının daha bir futbolçusu zəlzələnin qurbanı olub.

Rekord.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Hakan Doğan dağıntılar altında qalaraq ölüb.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu, “Kahramanmaraş İstiklal Spor”un zəlzələdə dünyasını dəyişən ikinci futbolçusudur. Daha öncə qapıçı Taner Kahriman da dağıntılar altında qalmışdı.

Həmçinin, “İskendurunspor” klubunun məşqçisi İbrahim Halil Ölmezin də zəlzələ nəticəsində vəfat etdiyi dəqiqləşib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Halil Ölmez 39 yaşında vəfat edib. 

“İskendurunspor” Türkiyənin futbol üzrə 2-ci liqasında mübarizə aparır.