
Türkiyə klubunda baş məşqçi istefası
- 20 Mar 2025 18:38
- 89
"Alanyaspor" baş məşqçisi Sami Uğurlu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə klubun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. O, ötən ilin noyabrında baş məşqçi vəzifəsinə təyin edilmişdi.
"Alanyaspor" Türkiyə çempionatında 31 xalla 14-cü sırada yer alıb.