"Alanyaspor"un yeni baş məşqçisinin adı açıqlanıb.


Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini Joao Pereyra çalışdıracaq.


Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.


Portuqaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. O, bir neçə gün əvvəl istefaya göndərilən Sami Uğurlunu əvəzləyib.


Joao Pereyranın son iş yeri Lissabon "Sportinq"i olub.