"Tuzlaspor"dan ayrılıb "Araz Naxçıvan"a keçən Bəxtiyar Həsənalızadənin sabiq klubundan alacağı var.

Rekord.az xəbər verir ki, qonşu ölkənin həmyerlimizə 3 aylıq borcu yığılıb ki, bu da təxminən 40 min manata yaxın pul edir.

Futbolçunun artıq vəkil vasitəsi ilə UEFA-ya şikayət etdiyi deyilir və güman ki, UEFA borcla bağlı "Tuzlaspor"a xəbərdarlıq göndərəcək.