Türkiyə mətbuatı: Mahir “Fənərbaxça”nın hədəfində
- 08 Yan 2020 15:40
- 897
Bir müddət əvvəl adı “Trabzonspor”la yanaşı çəkilən “Qarabağ”ın futbolçusu Mahir Emreli Türkiyənin daha bir klubunun maraq dairəsindədi.
Rekord.az xəbər verir ki, “Fənərbaxça” 22 yaşlı futbolçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyənin “Fanatik” nəşri məlumat yayıb. Xəbərdə, mövsümün əvvəlində iranlı Allahyar Sayyadmaneşi transfer edən İstanbul klubunun növbəti hədəfinin Mahir olduğu bildirilib.
Cari mövsümdə 25 oyunda iştirak edən Mahir, 7 qol, 6 məhsuldar ötürməylə yadda qalıb.