Türkiyə millinin yeni italyan məşqçisi ilə rəsmi müqavilə imzalandı
- 05 Yan 2023 11:01
- 443
Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının yeni baş məşqçisi ilə rəsmi müqavilə imzalanıb. "Rekord.az" xəbər verri ki, Türkiyə Voleybol Federasiyasının (TVF) təşkilatçılığı və media nümayəndələrinin iştirakı ilə baş tutan mərasimdə italyan Danele Santarelli ilə 2+4 illik müqaviləyə imza atılıb.
TVF-nin prezidenti Mehmet Akif Üstündağ tədbirdə çıxış edib: "Voleybolun nə qədər gözəl işlər gördüyünə və ölkənin qürur olmağa davam etdiyinin çahidiyik. Vəzifəyə gəldiyimiz gündən qısa müddət ərzində qadınlardan ibarət Milli komandamızın texniki heyətində dəyişiklik etdik. 5 illik texniki heyətimizlə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Kimin gələcəyi soruşulurdu. Son dünya çempionu Serbiya millisinin, eyni zamanda Antalyanın ev sahibliyi etdiyi Klublararası denya çempionatında "İmoco Conegliano" klubunun baş məqşçisi Daniele Santarelli ilə razılığıa gəldik".
Üstündağ Santarellinin Serbiya ilə 2 illik müqaviləsinin olmasına baxmayaraq Türkiyəyə keçidini yüksək qiymətləndirib: "Bu 2 illik müqaviləyə rəğmən, xəyalının və hədəflərinin bizdən çox daha üst nöqtədən olduğunu gördük. Özünün bəzi xəyallarını Türkiyə ilə gerçəkləşdirəcəyinə inanırıq".
42 yaşlı italyan mütəxəssis 2022-ci ildə Serbiya millisi ilə qazandığı uğurlarla diqqət çəkib. Belə ki, Santarellinin baş məşqçiliyi ilə Serbiya millisi ötən il Millətlər Liqasında bürünc, dünya çempionatında isə qızıl medal qazanıb.
Qeyd edək ki, Türkiyə millisinin ötən il iştirak etdiyi yarışlarda medal qazanmaması və komandanın ruh düşkülüyü ciddi narazılğa səbəb olmuşdu. Son 5 ildə komandanı çalışdırmış digər italyan Covanni Quidettinin bu vəziyyəti dəyişə bilməməsi birmənalı qarşılanmayıb. Əksinə, Quidettinin mühüm oyunlar öncəsi və sonrası verdiyi açıqlamalar voleybol mütəxəssisləri və azarkeşlərin daha çox narazılığına səbəb olmuşdu, onun istefaya göndərilməsi tələbi artmışdır.