Türkiyə millisi ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, komandanın əsas müdafiəçilərindən olan Abdülkerim Bardakcı AÇ-2024-ün 3-cü turunda Çexiyaya qarşı keçiriləcək oyunda meydanda çıxa bilməyəcək.

Buna səbəb onun Portuqaliya ilə ötən axşam keçirilən görüşdə sarı vərəqə almasıdır. Bardakçı ilk oyunda da sarı vərəqə aldığından cəzalı duruma düşüb.

Çexiya - Türkiyə oyunu iyunun 26-da keçiriləcək.