
Türkiyə millisində daha bir itki
- 22 Mar 2025 19:00
- 103
Türkiyə millisinin heyətində növbəti ciddi itki baş verib.
Rekord.az xəbər verir ki, “Qalatasaray”ın müdafiəçisi Kaan Ayhan yığmanın düşərgəsini tərk edib. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
30 yaşlı mərkəz müdafiəçisi UEFA Millətlər Liqası pley-off mərhələsinin Macarıstanla ilk matçında (3:1) zədələnərək meydanı tərk edib.
Daha əvvəl “Fənərbaxça”nın müdafiəçisi Mərt Müldür və “Qalatasaray”ın vingeri Yunus Akgün zədə səbəbindən “ay-ulduzlular”ın heyətindən kənarlaşdırılıb.
Türkiyə yığması sabah saat 21:00-da səfərdə Macarıstanla cavab görüşünə çıxacaq.