Türkiyə millisinin sabiq üzvü yığmaya baş məşqçi təyin olundu
- 27 Sen 2024 15:30
- 146
Türkiyə millisinin sabiq futbolçusu Gökhan Gönül ölkəsinin 21 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi təyin edilib.
Rekord.az xəbər verir ki, qərar Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin növbəti iclasında qəbul olunub.
39 yaşlı sabiq müdafiəçi 2024-cü ilin mart ayından U-21-də köməkçi məşqçi vəzifəsini icra edirdi.
Gönül futbolçu karyerasında "Fənərbaxça" və "Beşiktaş" klublarında çıxış edib. O, 66 dəfə "ay-ulduzlu" formanı geyinib.